Aksiya iştırakçılarına məhkəmə qərarı verildi

20 Oktyabr 2012 16:11 (UTC+04:00)


Bu gün müxalif gənclərin təşkilatçılığı ilə "Parlament buraxılsın" şüarı altında keçirilmiş etiraz aksiyasında saxlanılan şəxslər haqqında məhkəmə qərarı qəbul edilib.

AzNews.az xəbər verir ki, Səbail rayon məhkəməsində AXCP Gənclər Şurasının sədri Əbülfəz Qurbanlı 8, "Azad Gənclik" Təşkilatının sədri Ülvi Həsənliyə 7, AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmliyə 8, Suraxanı şöbəsinin sədri Vaqif Xalıqova , Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənova 7, Rüfət Hacıbəyliyə 10, Turqut Qənbərliyə isə 7 sutka həbs cəzası verilib.

Müsavat Partiyası Məclisinin üzvləri Hamlet Səfixanlı, Namiq Kazımov, Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədrinin müavini Fəxrəddin Əhməd haqqında da inzibati hüquq pozma haqqında protokol tərtib edilərək məhkəməyə göndərilib.

Müsavat Divanının üzvü Müsavat Gənclər təşkilatının sədri Tural Abbaslı, Müsavat başqanının müşaviri Mustafa Hacılı, Müsavat Məclisinin üzvləri Əhəd Məmmədli, Rüfət Hacıbəyli, "Yeni Müsavat" qəzetinin hüquqşünası Vaqif Hüseyn inzibatı cəza verilmək üçün Binəqədi Rayon Məhkəməsinə aparılıb.

Müsavat Partiyasının Məclisinin sədri Arzu Səmədbəyli, Müsavat başqanının müavini Gülağa Aslanlı, partiyanın Divan üzvü Qubad İbadoğlu 25 manatadək cərimə edilərək sərbəst buraxılıb.

Digər aktivist, Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu isə xəbərdarlıq olunaraq sərbəst buraxılıb.

İlkin Pirəli
AzNews.az