Son çempiondan “son dəqiqə” qolu
20 Oktyabr 2012 17:13 (UTC+04:00)
İngiltərə Premyer Liqasında 8-ci turun oyunlarına start verilib. Son çempionda "Mançester Siti" "Vest Bromviç Albion"un qonağı olub. Birinci hissədə hesab açılmayıb.
AzNews.az xəbər verir ki, görüşün 67-ci dəqiqəsində oyunçu Şeyn Lonq, meydan sahiblərini önə keçirdib. Şəhərlilər isə 80-ci dəqiqədə hesabı bərabərləşdirməyi bacarıblar. Edin Dzeko fərqlənib. Bu, futbolçunun tək qolu olmayıb.
Oyunun son dəqiqələrində daha bir dəfə fəqlənən Dzeko, komandasının qələbəsini təmin edib. "Mançester Siti" "Vest Bronviç"i 2:1 hesabı ilə məğlub olub.
Elman Bakuvi
AzNews.az