Liderdən inamlı qələbə
20 Oktyabr 2012 17:38 (UTC+04:00)
İngiltərə Premyer Liqasında 8-ci turun oyunlarına start verilib. Turun ən maraqlı qarşılaşmasında London nəhəngləri üz-üzə gəlib.
AzNews.az xəbər verir ki, "Totenxem"in qonağı olan "Çelsi" rəqibini azarkeşləri qarşısında peşman edib. 2:1 hesabı ilə geri düşməsinə baxmayaraq, zadəganlar rəqibini 4:2 hesabı ilə məğlub etməyi bacarıblar.
Qazanılan növbəti 3 xal "Çelsi"nin liderlik kürsüsündə daha da möhkəmlənməsinə kömək olub.
Elman Bakuvi
AzNew.az