Vüqar Nadirov: “Qalib gələ bilərdik”

21 Oktyabr 2012 04:00 (UTC+04:00)

"Oyuna yaxşı başlamadıq. Bunun nəticəsi kimi, 24-cü dəqiqədə qapımızda qol gördük. Tədricən özümüzə gələ bildik. İkinci hissədə isə oyuna tam diqtə etdik". Bu sözü AzNews.az-a "Qarabağ" klubunun hücumçusu Vüqar Nadirov dedi.

Onun fikrincə, dünən ölkə çempionatı çərçivəsində "Bakı" klubu ilə qarşılaşdıqları matçda qalib gələ bilərdilər. Amma şans onlardan üz döndərib.

Təcrübəli forvard, 1:1 hesabı ilə bitmiş oyunun 78-ci dəqiqəsində, baş hakim Əliyar Ağayevin rəqib qapısına təyin etmiş 11-metrlik cərimə zərbəsini haqlı saydı: "Məncə, penalti vardı. Çünki baş hakim epizoda yaxın idi".

Kamran Hacı
AzNews.az