“Bavariya”dan qol “yağışı”

20 Oktyabr 2012 18:18 (UTC+04:00)
Almaniya Bundesliqasında 8-ci turun oyunları davam edir. Son tura qədər maksimum nəticə göstərən "Bavariya" klubu, bu turda "Fortuna"nın qonğı olub.

Ancaq, lider özünü heç də qonaq qismində göstərməyib. AzNews.az xəbər verir ki, Müller (2), Mandzukiç, Qustavo və Rafinanın qolları ilə "Bavariya" rəqibini darmadağın edib. Bununla da, 8 turdan sonra 8 qələbə qazanan klub, turnir cədvəlinə liderlik edir.

Elman Bakuvi
AzNews.az