Qobustanda ev kül oldu

1 Sentyabr 2015 08:56 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun, Şıxzahırlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan 1 mərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.