14 yaşlı idmançı öldü

1 Sentyabr 2015 09:22 (UTC+04:00)

AzNews.az oxu.az-a istinadən xəbər verir ki, avqustun 13-də üç dəfə yeniyetmələrin Olimpiadasında iştirak etmiş yüngül atlet Maykl Con Rayli-kiçik öz komandası ilə Hyustonun Sem Hyuston parkında məşq edirmiş.

Üzmə zamanı o, ölümcül parazitə yoluxub. Əvvəlcə yeniyetmə güclü baş ağrıları hiss etsə də, sonradan onun səhhəti pisləşib və 17 gündən sonra dünyasını dəyişib.

Parazit əsasən suyun temperaturu 25-30 dərəcə civarında dəyişən su hövzələrində olsa da, bəzən çirkli üzgüçülük hovuzlarında da yaşayır.

Fouler negleriyası orqanizmə burun vasitəsilə daxil olur və beyinlə əsəb sistemini zədələyən ilkin amöb meninqoensefaliti törədir. Əvvəlcə insanda güclü baş ağrıları və temperatur qeydə alınır, daha sonra isə davranışda dəyişikliklər baş verir. Ölüm adətən bir neçə gündən sonra baş verir.

Xəstəliyin yaranması halları çox nadir hallarda qeydə alınıb – son 53 ildə ABŞ-da 133 belə hal qeydə alınıb, yalnız üç nəfər xəstəliyə yoluxan şəxs sağ qala bilib.