“Mançester Yunayted”dən növbəti qələbə

20 Oktyabr 2012 18:30 (UTC+04:00)
İngiltərə Premyer Liqasında 8-ci turun oyunlarına start verilib. Mançester şəhərinin qırmızı tərəfi – "Yunayted" bu turda "Stok Siti" ilə qarşılaşıb.

AzNews.az xəbər verir ki, ilk hissədə Ueyn Runi və Roben van Persinin qolları ilə önə keçən "Mançester Yunayted" ikinci hissə başlar-başlamaz daha bir qol vuraraq hesabı 3:0-a çatdırıb.

Bundan sonra aktivləşən qonaqlar bu toplardan ikisinin əvəzini çıxıblar. Bu oyunda sonuncu qol olmayıb. 65-ci dəqiqədə Ueyn Runinin vurduğu növbəti qol "Mançester Yunayted"in "Stok Siti" üzərində 4:2 hesablı qələbəsini tamamlayıb.

Elman Bakuvi
AzNews.az