“Bursaspor” – 1, ”Fənərbaxça” - 1

19 Oktyabr 2012 19:15 (UTC+04:00)
Türkiyə Super Liqasında 8-ci tur çərçivəsində "Bursaspor" və "Fənərbaxça" komandaları qarşılaşıb. Oyunun taleyinə birinci hissədə aydınlıq gəlib.

AzNews.az xəbər verir ki, 11-ci dəqiqədə "Fənərbaxça"lı Sərdar Kəsimalın öz qapısına vurduğu qol ilə "Bursaspor" önə keçib. 23-cü dəqiqədə isə Mussa Sou hesabı bərabərləşdirib.

İkinsi hissədə qarşılıqlı hücumlar bəhrə verməyib. Hər 2 komandanı qapıçılarının qəhrəmanlaşdığı oyunda hesab dəyişməyib və tabloya 1:1 hesabı həkk olunub.

Elman Bakuvi
AzNews.az