Toyda daha bir ölüm - Bakıda

1 Sentyabr 2015 11:17 (UTC+04:00)

AzNews.az lent.az-a istinadən xəbər verir ki, Yevlax rayon sakini, 1958-ci il təvəllüdlü Hüseynov Əkbər Mustafa oğlu Nəsimi rayonu, C.Səlimov küçəsi 14 ünvanında yerləşən "Ərzurum" şadlıq sarayında keçirilən mərasim zamanı dünyasını dəyişib. Qonaq qismində toyda iştirak edən şəxsin şadlıq sarayında ürək çatışmazlığından vəfat etdiyi məlum olub.

Qeyd edək ki, dünyasını dəyişən şəxs Yevlax rayonunda qeydiyyatda olmaqla yaşayırmış və Bakıya məclisdə iştirak üçün gəlibmiş.