Bərdədə bir nəfər kanalda batdı

1 Sentyabr 2015 12:07 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində 1 nəfər batıb.

Hadisə yerinə Nazirliyin xilasediciləri cəlb edilib və axtarışlara başlanılıb. Əlavə məlumat veriləcək.