10 ən qeyri-standart model - FOTOLAR

1 Sentyabr 2015 12:22 (UTC+04:00)
Ona görə də, podiuma ən gözəl, hündür və qamətli olanlar çıxıb. Lakin cəmiyyətdə formalaşan qınaq nəticəsində burada dəyişikliklər edilib. İndi tanınmış moda evləri elə modellər təqdim edirlər ki, onlar belə bir işdə çalışmağı arzu da edə bilməzdilər.

10. Rik Cenest, Zombi oğlan



Rikin bütün üzü və bədəni döymələrlə örtülüb. Bu vəziyyətdə onun podiuma çıxmaq və ya jurnal üzlüyündə görünmək şansı demək olar ki olmayıb. O, uzun müddət "avtostop"la səyahət edib, müxtəlif "freak-show"larda iştirak edib, mütəmadi olaraq yeni döymələr edib və tədricən cəmiyyətin diqqətini cəlb edib. Sonra onu dəb direktoru Ledi Qaqa tanıyıb və Rik onun klipində çəkilib. Daha sonra Rik Jay-Zsin avropa xəttinin siması olub, Vogue və GQ jurnallarının üz örtüyündə görünüb, L Oreal və Dermablend şirkətləri ilə müqavilə imzalayıb.

9. Moffi, çəpgöz model



Moffi ilk dəfə 14 yaşı olarkən diqqət çəkib, lakin 18 yaşı tamam olana qədər onu modellərə aid etmək olmaz. Sonra isə Moffi Pop jurnalının üz örtüyündə görünüb. Bu, müzakirə burulğanını başladıb. Belə ki, dəb dünyası çəpgöz model anlayışına hələ hazır olmayıb. Lakin, müzakirələr Moffiyə uğurlu karyera qurmaq və digər qeyri-standart modellər üçün yol açmağa mane olmayıb.

8. Dafna Self, 87 yaşlı bikini modeli




Hər kəs yaxşı bilir ki, modelin karyera dövrü çox qısadır. Belə ki hamıya gənc və gözəl modellər lazımdı. Düzdür bir neçə onilliklər dəb dünyasında qalmağı bacaran modellər olub: Keyt Moss, Sindi Krouford və s. Ən yaşlı model isə 87 yaşındadır. Onun karyerası 70 yaşında Vogue jurnalıın üzlüyündə göründüyü zaman başlayıb. Dafna Avropanın ən böyük agentliyi olan Models1 ilə müqavilə imzalayıb. Burada Linda Evanqelista və Tviqqi kimi tanınmışlar çalışıb. Dafna TK Maxx, Vans kimi brendlərin şirkətlərində işləyib. İndi onun qazancı hər iş gününə görə 2000 dollar təşkil edir.

7.Şantel Vinni, vitiliqo xəstəlikli model



Şantel 4 yaşında olarkən onda dəri piqmentlərinin itirilməsinə səbəb olan vitiliqo xəstəliyini aşkarlayıblar. Şantel böyüdükcə xəstəliyindən daha çox əziyyət çəkib və hər vasitə ilə bu qüsurunu gizlətməyə çalışıb. Model agentiklərində çalışmaq üçün dəfələrlə müraciətlər edən Şantel yalnız Amerikas Top Model-də iş tapıb. İndisə o, Portuqaliya brendi olan Desigual-ın siması olub. Şantel Vogue-nin üzlüyündə də görünüb. O, Nyu-York moda həftələrinin nümayişlərində iştirak edir.

6. Keysi Leqler, kişi obrazındakı qadın



Keysi Leqler ilk dəfə 1996-cı ildə Yay Olimpiya Oyunlarında qırxılan başla görüntüləndiyi zaman diqqətləri öz üzərinə çəkməyi bacarıb. O zaman Keysi üzgüçü olub. Model karyerası isə fotoqraf Kass Bird Muse jurnalının üzlüyü üçün kişi model axtardığı zaman yaranıb. Belə ki, fotoqraf kişi model tapmayıb və Keysini çəkilişə dəvət edib. Keysi isə sonradan şəklini Ford Models agentliyinə göndərib. Burada o, artıq kişi obrazını canlandırmalı olub.

5. Cillian Merkado, əzələ distrofiyası olan model




Cillianın anadangəlmə əzələlərin inkişaf etməsini əngəlləyən əzələ distrofiyası var. O, heç vaxt model olmağı arzulamayıb. Lakin, zarafat üçün qatıldığı model seçimində dəb direktoru Ledi Qaqanın diqqətini cəlb edə bilib. Bir neçə gün sonra Cillian yeni yaradılan Diesel şirkətinin siması olub. Burada o, əlil arabası ilə çəkilib.

4. Erik Ervin, ən uzunboylu model




Erikin boyu 2.05 metrdir. O. Dünyada ən uzunboylu modeldir. Boyunun bu qədər uzun olması Erikə həm fiziki həm də psixoloji narahatlıqlar yaradıb. Lakin bir gün Erik hər şeydən bezir və aktiv şəkildə fitneslə məşğul olmağa başlayır. Qısa zaman ərzində o, şəxsi məşqçi olur. İndi Erik idman modeli karyerasının bir addımlığındadır. 2011-ci ildə Erik ən uzunboylu professional model kimi Guiness rekordlar kitabına daxil olub. Bundan əlavə o, filmlərdə çəkilməyə başlayıb.

3. Madelin Styuart, daun sindromlu model



18 yaşlı Madelin Styuart ilk dəfə mükəmməl arıqlamaq tarixçəsini paylaşarkən mətbuatın diqqətini cəlb edib. Daun sindromlu əksər insanlardan fərqli olaraq o, artıq çəki ilə uşaqlıqdan mübarizə aparıb. Və üzgüçülük, rəqslər, qaçış sayəsində istədiyinə nail olub. Bir neçə ay sonra Madelin bütün dünya üzrə bir sıra müxtəlif bredlərdən dəvət alıb. Hazırda o, Manifesta və everMaya brendlərinin simasıdır.

2. Melani Qaydos, ektodermal displaziyalı model





Melani nadir genetik xəstəliklə dünyaya gəlib. O, dəri, diş, dırnaq və sümük inkişafına təsir edən ektodermal displaziya xəstəliyindən əziyyət çəkir. Melani ikitərəfli damaq yarığı, saçların içəriyə doğru böyüməsinə səbəb olan allopesiya xəstəlikləri ilə anadan olub. Buna baxmayaraq o, son illərin ən tanınan modellərindən biridir. Melani "Ramştayn" qrupunun klip çəkilişləri zamanı məşhur olub. Bundan sonra Melaniyə dünyanın hər yerindən müxtəlif brendlər müqavilə təklif ediblər. O, fotosessiyaları tərcih edir. Belə ki, bu zaman iş gedişinə tamamilə nəzarət edə bilir. Lakin, Melani bir gün podiumda gəzməyi arzulayır.

1. Aleks Minski, protez ayaqlı model



17 yaşı olanda Aleks məktəbi atıb. 18 yaşı olanda isə o, donanma əsgəri olub. Aleks Əfqanıstanda döyüşürb, elə burada da ayağını itirib. 13 əməliyyat, 58 gün koma və 17 ay xəstəxana həyatı. Bundan sonra o, içkini, siqareti tərgidib, sağlam idmanla məşğul olmağa qərar verib. Tanınmış fotoqraf Tom Kallis onu idman zalında görüb və fotosessiya təklif edib. Bu gün Aleksin 25 yaşı var. O, tanınmış model, Hunger Gamer brendinin siması və bütün müharibə veteranlarına nümunədir.

Aydan Axundova