Sabah isti olacaq: 35 dərəcə

1 Sentyabr 2015 12:45 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, sabah mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 26-31 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 17-22, gündüz 30-35 dərəcə, dağlıq rayonlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.