Lavrov Bakıya gəldi

1 Sentyabr 2015 17:24 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, səfər zamanı Azərbaycan-Rusiya münasibətlərinin ikitərəfli və çoxtərəfli formatda müxtəlif aspektlərinin müzakirəsi planlaşdırılır, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli və ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın danışıqlar prosesindəki rolunun danışıqlar obyekti olacağı gözlənilir.

S.Lavrov qısamüddətli işgüzar səfər zamanı azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşəcək.