İran, meyvə və tərəvəz ixracına qağanı götürüb

21 Oktyabr 2012 06:30 (UTC+04:00)
İran, 6 aylıq fasilədən sonra Fars körfəzi ölkələrinə meyvə və tərəvəz ixracını bərpa edib. AzNews.az, "FarsNews" mətbuatına istinadən verdiyi xəbər verir ki, ixracın dayandırılma səbəbi, daşınma qiymətlərinin yüksək olmasıdır. Problemin həlli, xarici dəniz şirkəti ilə daşınma ilə bağlı razılaşma əldə olunduqdan sonra mümkün olub.

Qeyd edək ki, bu gün, Buşer limanından Küveytə 200 ton meyvə göndərilib.

Ötən il İran ümumi dəyəri 1 milyard 131 milyon dollar olan 1 milyon 870 min ton meyvə və gül ixrac edib. Bu il isə İranın kənd təsərrüfatı malları ixracının 2 milyard dolları keçəcəyi gözlənilir.

Aznews.az