2 günə 24 kiloqram narkotik aşkar edildi

1 Sentyabr 2015 18:16 (UTC+04:00)


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Cəlilabad rayonunun Soltankənd kənd sakini Eyvaz Əmirovdan 9 kiloqramdan çox tiryək və 6 kiloqram həşiş qətranı, Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş Nəbi Nurullayevdən 4 kiloqram 570 qram tiryək və 4 kiloqram 435 qram marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

AzNews.az