Beynəlxalq ekspert, Azərbaycan jurnalistlərinə təlim keçəcək

21 Oktyabr 2012 08:30 (UTC+04:00)
25 oktyabrda Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində yerli jurnalistlərə media nümüayəndələri üçün "Medianın özünü tənzimləmə mexanizmi" mövzusunda təlim keçiriləcək.

Təlim, Avropa Birliyi və Avropa Şurasının birgə proqramı çərçivəsində təşkil olunur.

RATI-dən AzNews.az-a verilən məlumata görə, təlimi beynəlxalq dərəcəli media eksperti Aydan Vaytın aparacaq.

Seminarda "Mediada etibarlı özünütənzimləmə sisteminin yaradılma mexanizmləri", "Auditoriya media fəaliyyətinin bir hissəsi kimi: cəmiyyətlə əməkdaşlığın artırılmasının əhəmiyyəti", "Jurnalistn etik davranış qaydalarının kommunikasiyanın müxtəlif formalarının yaranmasına təsir imkanları" və digər mövzülar müzakirə ediləcək.

S.Babayeva
AzNews.az