Rusiya Ukraynanın diplomatını ölkədən qovdu

1 Sentyabr 2015 19:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, rəsmi Moskva bu addımı Kiyevin rusiyalı diplomatı ölkədən qovmasına cavab olaraq atıb.

Rusiya Xarici İşlər Nazirliyindəki mənbə "RİA Novosti"yə açıqlamasında bildirib ki, Moskvanın bu addımı Ukrayna tərəfinin Odessadakı Rusiya Baş Konsulluğunun diplomatını ölkədən çıxarmasına cavabdır: "Onlar bizim diplomatı Odessadan qovdular. Biz də simmetrik tədbir gördük".