22 yaşlı gənci elektrik cərəyanı vurdu - Tovuzda

1 Sentyabr 2015 21:09 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumata görə hadisə bu gün saat 16 radələrində rayonun Vahidli kəndində qeydə alınıb. Tovuz şəhər sakini 22 yaşlı Əmrah Abdullayev balıq tutmaq üçün Vahidli kəndində gedib. O suya elektrik buraxmaqla balıq tutmaq istəsə də ehtiyatsızlıqdan özü elektrik naqilinə toxunub və hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.