Bu qədim şəhər yer üzündən silinir

1 Sentyabr 2015 23:24 (UTC+04:00)

AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, İŞİD terrorçuları Palmiranın qədim tarixə malik olan məbədlərini dağıtmağa başlayıblar. Terorçular tərəfindən Palmira şəhərinin iki min illik yaşı olan ümümdünya mirası XeberBaalşamin və Bela məbədləri məhv edilib. Məbədin əsas binası və onun yaxınlığındakı sıra sütunlar dağıdılıb.

İŞİD silahlıları Palmira şəhərinin gözətçisi olan illərdir qədim şəhərin antik mirasının öyrənilməsiylə məşğul olan 82 yaşlı alim Xalid Asaadın başını kəsiblər.

Dağılan məbələr UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil olan təxminən 2 min il əvvəl ucaldılan binanı partladılıb. İŞİD yerdə qalan məbədləri və Palmiranın unikal tarixi obyektlərini də dağıtmaqla hədələyirlər.

Yeni eranın 32-ci ilində tikilən Bela məbədi Palmira muzey kompleksinin ən qədim və əhəmiyyətli abidələrindən biri sayılırdı.

Palmira Suriyanın ərazisində yerləşən qədim şəhəridir. Selevkilər imperiyasının tərkibində olmuş şəhər, sonradan Roma imperiyasının tərkibində inkişaf etmişdir.

Palmiranın zənginliyi şəhərin qısa zamanda böyüməsinə imkan vermiş, burada bir çox dəyərli tarixi-memarlıq abidələri ucaldılmışdır. Artıq III əsrdən çiçəklənən bir şəhər çevrilib.

Baalşamin məbədi qədim Finikiya mədəniyyətinin incilərindən hesab olunurdu və indiki Suriya ərazisinin şimal-qərb bölgəsində yerləşirdi. Yaxın Şərqdə islamaqədərki dövrə aid təfəkkürlə bağlı inşa olunmuşdur. Onun atributları qartal və işıq saçan əsasıdır.

2015-ci ilin avqustunda İŞİD silahlı qüvvələri tərəfindən dağıdılmışdır.

Palmira şəhərinin İŞİD tərəfindən dağıdılan məbədləri