7 yaşlı uşaq çayda batdı - Salyanda

2 Sentyabr 2015 08:49 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə qurumun Dövlət Sularda Xilasetmə Xidmətinə məlumat daxil olub.

Salyan sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən 2008-ci il təvəllüdlü Rzayev Lazim Ayət oğlunun cəsədi sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:15-də başa çatıb.