“Qanun” kitab mağazasını bağladı – “Vergilərdən 4 dəfə gəldilər”

2 Sentyabr 2015 12:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə nəşrlər evinin rəhbəri şahbaz Xuduoğlu məlumat verib. Bildirib ki, mağaza cəmi 2 ay fəaliyyət göstərə bilib.

Ş.Xuduoğlu mağazanın xərclərini açıqlayaraq bağlama səbəbini izah edib:

"2 aylıq xərcimiz:

Kirayə haqqı - 2000m
Kondisioner - 700m
kondisioneri quraşdırma - 50m
kitab rəfləri - 900m
kitab rəflərinin quraşdırılması - 150m
posterlərin hazırlanması - 125m
lampalar və nərdivan - 120m
işıq pulu – 90
əlavə xərclər - 122.50
iki nəfərin 2 aylıq maaşı - 1400

Toplam xərc: 5657.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 3 dəfə gəldilər, öncə alarma görə 1200 manat istədilər, qonşular dedilər ki, sizdən əvvəl yeri işlədənlər ödəyiblər, sonda 300 manat istədilər vermədik.

Vergilər nazirliyindən 4 dəfə gəldilər müqavilə imzaladıq. Doğrusu bu müqavilənin mənasını anlamadım.
İndi keçəcək qazançımıza.

İki ay ərzində kitab satışımız 1444.92 manat olub".