23 yaşlı qız intihar etdi - Bakıda

2 Sentyabr 2015 13:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Ələt qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Güllü Süleymanova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.