“İnter”dən növbəti 3 xal

21 Oktyabr 2012 15:08 (UTC+04:00)
İtaliya Seria A-da 8-ci turun oyunları davam edir. AzNews.az xəbər verir ki, bu turda "Katania"nı qəbul edən "İnter", çempionluq yarışında mübarizə aparmaq üçün mütləq qələbə qazanmalı idi.

Bu məqsədlə oyuna başlayan komanda, ilk dəqiqələrdən rəqibin qapısında qol axtarmağa başladı. 28-ci dəqiqədə Antonio Kassano fərqlənərək komandasının ilk qolunu vurdu. İlk yarı bu hesabla başa çatdı.

İkinci hissənin sonlarına yaxın Palasionun qolu ilə daha 1 dəfə fərqlənən "İnter", "Katania"nı 2:0 hesabı ilə məğlubiyyətə uğratdı.

Elman Bakuvi
AzNews.az