Türkiyədə terror davam edir - AKP üzvü oğluyla birgə qaçırıldı

2 Sentyabr 2015 14:28 (UTC+04:00)

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK terrorçu qruplaşmasının üzvləri AKP üzvü Nurettin Toktamışın evinə hücum ediblər. Terrorçular Nureddini oğlu Cevat Toktamış ilə birlikdə qaçırıblar.

Baş verən hadisədən sonra Toktamışın yaxınları Büyükçiftlik Jandarm Komandanlığına müraciət edib. Ata və oğlun tapılması üçün axtarışlar başladılıb.

Toktamış ailəsinin daha öncə də PKK terrorçu qruplaşması tərəfindən təhdid edildiyi məlum olub.

Aydan Axundova