VHP-nin siyahısında Sabir Rüstəmxanlının adı niyə yoxdur? –Açıqlama

2 Sentyabr 2015 17:39 (UTC+04:00)


Məsələ ilə bağlı Vətəndaş Həmrəyliyi partiyasının Ali Məclis üzvü Samir Əsədli ilə əlaqə saxladıq. O, AzNews.az-a açıqlamasında Sabir Rüstəmxanlının adının siyahıda olmaması məsələsinə aydınlıq gətirib. Bildirib ki, Sabir Rüstəmxanlının adı siyahıda var: "Partiyanın namizədləri siyahısında S.Rüstəmxanlının da adı var. Bu ilkin siyahıdır. Yekun siyahı açıqlananda Sabir bəyin adı da orada olacaq".

Qeyd edək ki, bu ilin noyabr ayının 1-də Azərbaycan Milli Məclisinə seçki keçiriləcək.

AzNews.az