Ağcabədidə ağır yol qəzası - Ölən və yaralanan var

2 Sentyabr 2015 19:26 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Ağcabədi rayon Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, Rahib Mirəli oğlu Əhmədovun idarə etdiyi 04- BX- 670 dövlət nömrə nişanlı "VAZ 21054" markalı avtomobillə 1976-cı il təvəllüdlü Rövşən Bəhlul oğlu Rüstəmovun idarə etdiyi 02- BB- 904 dövlət nömrə nişanlı "VAZ 21011" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ 21011" sürücüsü Rövşən Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Digər avtomobilin sürücüsü Rahib Əhmədov isə ağır bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.

Hadisə baş verən zaman avtomobillərin hər birində bir sərnişin olsa da sərnişinlərdən heç biri xəsarət almayıb.

Faktla baglı Rayon Polis Şöbəsində araşdırma aparılır.