“Bakcell”ə qarşı 90 minlik iddia – MƏHKƏMƏ

21 Oktyabr 2012 17:37 (UTC+04:00)


"Bakcell" şirkəti məhkəməyə verilib. Femida.az-ın məlumatına görə, "Mobifon" MMC "Bakcell"ə qarşı agent müqaviləsinin etibarsız hesab edilməsi və depozitdə saxlanılan 90.166 manat məbləğində pulun ödənilməsi tələbi barədə iddia qaldırıb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib.

Bakı Apelyasiya Məhkəməsi məhkəmə aktını ləğv edərək yeni qətnamə qəbul edib.

İşə Ali Məhkəmədə baxılır.

AzNews.az