Obama zəruri 34 səsi əldə etdi - Nüvə razılaşması ilə bağlı

2 Sentyabr 2015 21:08 (UTC+04:00)

AzNews.az-ınTrend-ə istinadən verdiyi məlumata görə, Merilend ştatını təmsil edən senator Barbara Mikulski "altılığ"ın İranla əldə etdiyi razılaşmanı dəstəkləməyə hazır olan 34-cü senator oldu.

Bununla da ABŞ Administrasiyası Konqresdə sövdələşməni qorumaq üçün lazımi dəstəyi əldə edə bilib.

Konqresin hər iki palatası İranla razılaşmanın əleyhinə səs verdikdən sonra ABŞ Prezidenti Barak Obamanın həmin qətnaməyə veto qoyacağı gözlənilir. Prezidentin vetosunun öhdəsindən gəlmək üçün Konqresin hər iki palatasında çoxluğun səsi tələb olunur - bu, Senatda 100 səsdən 67-sidir. Bununla da senatorların 34-nün razılaşmanın lehinə səs verməsi Konqresə onu bloka almağa imkan vermir. Konqresin İranın nüvə sazişinə sentyabrın ortalarında baxacağı gözlənilir.