Məhkəmədə uduzdu, cəriməni qəpiklərlə ödədi - Bakıda qəribə hadisə (FOTO)

3 Sentyabr 2015 10:53 (UTC+04:00)

AzNews.az-ın modern.az-a istinadən verdiyi məlumatına görə, Fikrət Nəsibov adlı Bakı şəhər sakini adı açıqlanmayan digər vətəndaşa məhkəmədə uduzub.

Fikrət Nəsibova məhkəmə tərəfindən 740 manat cərimə kəsilib. Məhkəməni uduzan tərəf cəriməni maraqlı şəkildə ödəyib. Belə ki, Fikrət Nəsibov 740 AZN-i 1 qəpikliyə çevirib və məhkəmənin iştirakı ilə qarşı tərəfə ödəyib.

Xatırladaq ki, bu cür hadisə Samsung və İphone şirkətlərinin arasında da baş vermişdi.