Uşaq həkimi böyük Abşerona necə gəldi? – Qadın başçı barədə maraqlı faktlar (Yenilənib)

3 Sentyabr 2015 11:26 (UTC+04:00)
İcra hakimiyyətinə qadın başçının təyin olunması ictimaiyyət arasında böyük marağa səbəb olub.

AzNews.az saytı məsələnin aktuallığını nəzərə alaraq İradə Gülməmmədova haqda bəzi məlumatlar əldə edib.

Həmin məlumatları təqdim edirik:

01 oktyabr 1962-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. O, Şuşanın 4 nömrəli orta məktəbini bitirib. Ailədə 5 uşaq - 3 bacı, 2 qardaş olublar. Qardaşları Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.

1985-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnistutunun "Pediatriya" fakültəsini bitirib. Əmək fəaliyyətinə1986-cı ildə Bakı şəhər 6 saylı Uşaq xəstəxanasında həkim "pediatr-interna" kimi başlayıb. 1986-1995-ci illərdə Balakən rayon xəstəxanasında həkim "pediatr-neonotaloq" ,1995-2006-cı ilərdə Abşeron rayon uşaq polikilinikasında baş həkim, 2006-2014-cü illərdə Abşeron rayon İcra Hakimiyyətində Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, 2014-2015-ci illərdə Abşeron rayon İcra Hakimiyyətində Başçının 1-ci müavini vəzifəsində çalışıb.



Abşeron rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 1998-ci ildən Yeni Azərbaycan partiyasının üzvüdür.Ailəlidir 2 övladı, 3 nəvəsi var.


İradə Gülməmmədova 10 ilə yaxındır ki, Abşeron Rayon İcra Hakimiyyətində çalışır. O, öncə icra hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsində işləyib. Daha sonra həmin şöbə üzrə başçının müavini vəzifəsinə qədər yüksəlib.

O, rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. Rayonla bağlı bir neçə kitabın məsləhətçisi və tərtibatçısıdır.



Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dünən prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Sevinc YASİNQIZI
AzNews.az