Bakıda yeni piyada zolaqları çəkilir - FOTO

3 Sentyabr 2015 12:04 (UTC+04:00)

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, rənglənmə işləri əsasən təhsil müəssisələrinin qarşısında və ətrafında olan yollarda həyata keçirilir.

Rənglənmə işləri ilə paralel olaraq, vacib olan yerlərdə yeni piyada zolaqlarının çəkilişi işləri də aparılır. Hazırda paytaxtın bir neçə ünvanında bu işlər həyata keçirilir. İşlər yeni tədris ilinin başlamasına qədər yekunlaşdırılacaq. Bundan sonra digər ərazilərdə də anoloji işlərin aparılması nəzərdə tutulub.