Ən parlaq birinci xanımlar - Siyahıda Mehriban Əliyeva da var

3 Sentyabr 2015 15:21 (UTC+04:00)
AzNews.az həmin məqaləni təqdim edir:

Onlar nə müğənnidir, nə də aktrisa. Lakin bu xanımların saysız-hesabsız öz pərəstişkarları var. Qadınlar önların üslübunu təqlid edir, kişilər isə onların ərlərinin yerində olmaq istəyirlər. Bu belə də olmalıdır. Bizim qəhrəmanlarımız bütün dünya üzrə ən parlaq və zövqlü birinci xanımlardır.


Mişel Obama


ABŞ Prezidenti Barak Obamanın həyat yoldaşı

Onu sadəcə ABŞ Prezidentinin həyat yoldaşı olduğu üçün tanımırlar. Mişel Obama öz aktiv sosial həyatı ilə yoldaşını çoxdan kölgədə qoyub: o, yumoristik şoularda iştirak edir; əla hərəkət edir və seçicilərini rəqslərlə məşğul olmağa çağırır; rep deyir.


Valeri Trierveyler


Fransa Prezidenti Fransua Ollandın keçmiş həyat yoldaşı

2012-ci ildə xanım Trierveyler üçün keçmiş birinci xanım model və müğənni Karlu Brunini əvəzləmək heç də kiçik missiya olmayıb. Valeri model deyil, o jurnalist və teleaparıcıdır. Lakin o, zövq duyğusu və şəxsi dramı ilə vətəndaşların ürəyini qazana bilib. İl yarım öncə Valeri ərinin ona aktrisa Jyuli Qaye ilə xəyanət etdiyini öyrəndiyi zaman xəstəxanaya düşüb. Bu il yanvarın sonunda isə onların vətəndaş nikahı sona çatıb.


Mehriban Əliyeva


Azərbaycan Prezidenti İlham Əliyevin həyat yoldaşı

Yazıçı Mir Cəlal Paşayevin nəvəsi və Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin qızı ağıllı və gözəl Mehriban Əliyeva Azərbaycanda ən nüfuzlu soyadın nümayəndəsidir. Mehriban xanım öz nəslini layiqincə davam etdirib: Təhsil aldığı müddətdə gələcək prezidentin həyat yoldaşı olan Mehriban Əliyeva, Seçenov adına Tibbi Universiteti qırmızı diplomla başa vurub. Mehriban xanım ixtisası üzrə Moskva göz xəstəlikləri elmi-tətqiqat institutunda çalışıb, daha sonra xeyriyyəçiliklə məşğul olub. Hazırda Azərbaycanın birinci xanımı BMT və UNESCO-nun xoşməramlı səfiridir. Və təbii ki ən zövqlü birinci xanımdır.


Asma Əsəd


Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı

Etnik olaraq suriyalı olan Asma ailəsinin(Asmanın anası diplomat olub) köç etdiyi Londonda dünyaya gəlib. Lakin Asma sevgisi xatirinə Britaniyanın paytaxtını və beynəlxalq investisiya banklarında uğurlu karyerasını tərk etməyə razı olub. O, 2000-ci ildə tarixi vətəninə geri dönüb və burada birinci xanım olub. Ölkə Prezidenti və xanımı Qərb üslübunda görünürlər: hər ikisi ölkələrinin müasirliyini vurğulayan dəbli kostyumlara üstünlük verir.


Evelin İlves


Estoniya Prezidenti Toomas Xendrik İlvesin keçmiş həyat yoldaşı

Tibb fakultəsinin məzunu Evelin marketinq sahəsində öz karyerasını qurub. Elə burada da o, gələcək həyat oldaşı ilə tanış olub. Belə ki Evelin İlvesin seçki öncəsi kampaniyası ilə məşğul olub. Toomas prezident olduqdan sonra Evelin öz imici üçün heç də az səy göstərməyib: çəki atıb və qarderobunu dəyişib. Bu il İlveslərin ailə həyatı onilliklərindən heç bir ildə keçmədən başa çatıb


Anxelika Rivera


Meksika Prezidenti Enrike Penya Nyetonun həyat yoldaşı

Meksika seriallarının ulduzu olan aktrisa Anxelika Riveranın real həyatında da ekranlaşdırılmağa layiq olan çevriliş baş verib. 2010-cu ildə aktrisa Meksika qubernatoru Enrike Penya Nyeto ilə ailə həyatı qurub. 2 il sonra Enrike Prezident olub. Ölkə Prezidenti və xanımı öncəki ailələrindən 3 uşaq olmaqla 6 uşaq böyüdürlər.


Aqate Kornxauzer-Duda


Polşa Prezidenti Ancey Dudanın həyat yoldaşı

Alman dili müəlliməsi olan Aqate liseydə olan işini həyat yoldaşına kömək etmək üçün tərk edib: öncə seçkiöncəsi, sonra ölkə Prezidenti işlərində. Öz Prezidentini Aqate hələ məktəb illərindən tanıyır. Onlar buraxılış sinfinin şənliyində tanış olublar.


Şantal Biyya


Kamerun Prezidenti Polya Biyyanın həyat yoldaşı

Əslində dünyanın ən parlaq birinci xanımıdır: Şantelin saç düzümünə Ledi Qaqa və Ru Pol belə həsəd aparar. Qərb siyasi dünyası üçün Şantelin obrazı çox ekstravaqant görünə bilər, lakin öz ölkəsində o, dəb qanunvericisidir. Saç düzləşdirmələri arasındakı müddət ərzində Şantel xeyriyyəçilik və beynəlxalq səfərlər üçün də vaxt tapır. Biyyanın çox sayda birici xanım tanışı var, onu tanıyanların hər biri haqqında gözəl sözlər danışır.

Aydan Axundova