Ermənilər Qazaxa hücum etdilər - Yaralılar var (FOTO)

3 Sentyabr 2015 19:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Anspress-in qərb bürosunun əldə etdiyi məlumata görə, kənd sakini Nəsib Nəsibova məxsus fərdi yaşayış evi yanaraq, yararsız hala düşüb. Eyni zamanda digər kənd sakini Hidayət Qurbanovun həyatyanı sahəsində 500 bağlamalıq ot tayası da yanıb.

Qarşı tərəfin kəndi gülləbaran etməsi zamanı kənd sakinlərindən xəsarət alanlar olmayıb. Qazax rayonunun Məzəm kəndinin icra nümayəndəsi Elman Nəsibov baş verən hadisələrdən xəbərdar olmadığını əsas gətirərək məlumat verməkdən boyun qaçırıb. Lakin əldə olunan məlumatları yerli sakinlərdən dəqiqləşdirmək mümkün olub.


Cəbhəyə yaxın yanan ev

Ermənistan silahlı qüvvələri ötən gecədən başlayan cəbhəyanı bölgələrdəki kəndləri atəşə məruz qoyub. Müdafiə Nazirliyinin məlumatına görə, bütün hallarda qarşı tərəfə cavab atəşi açılıb. Lakin atəşkəsin pozulması nəticəsində Məzəm kəndi ilə yanaşı, qonşu rayon olan Tovuzun Əlibəyli kəndində də 2 ev yanıb. Əlibəyli sakini 63 yaşlı Tofiq Kazımov isə yaralanıb. Yaralı Tovuz Mərkəzi Xəstəxanasındadır və müalicəsi davam edir.

Xatırladaq ki, Tovuz və Qazax rayonlarının əksər kəndləri cəbhənin ön istiqamətinə yaxındır. Bəzi kəndlərdə təmas xəttinin hava məsafəsi ilə 200 metrliyində yerləşir.





63 yaşlı yaralı Tofiq Kazımov