Azərbaycanda qeyri-adi hadisə - FOTO

3 Sentyabr 2015 20:06 (UTC+04:00)

AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, sosial şəbəkədə yayılan şəkildə Yol Patrul Xidmətinin (YPX) əməkdaşının motosikleti taksi ilə polis bölməsinə apardığı göstərilir.

Sosial şəbəkə istifadəçisi hadisə haqqında məlumat verərkən bildirib ki, bir oğlanla qız motosikletlə hərəkət edərkən YPX işçisi onları saxlayıb. Sənədlərin yoxlanılması zamanı polislə aralarında mübahisə düşüb və polis qışqıraraq onları hədələyib.

Bundan sonra o, yoldan keçən taksilərdən birini saxlatdırıb və motosikleti onun içinə qoyub.


Yol Patrul Xidmətinin işçisi motosikleti bölməyə taksi ilə yola salıb.

Taksi sürücüsü də polisə etiraz etsə də, polis buna əhəmiyyət verməyib və ona kobud cavab verib. Daha sonra YPX işçisi taksi sürücüsünə motosikleti polis bölməsinə aparmağı əmr edib. Oğlanla qız və ətrafdakılar isə sakitcə gülərək baş verənləri izləyiblər.