Sabah bu rayonlarda qaz olmayacaq

3 Sentyabr 2015 20:14 (UTC+04:00)

Bu barədə AzNews.az-a "Azəriqaz" İB-dən bildirilib.

"Azəriqaz" bildirib ki, təmir müddətində Masallı rayonunun mərkəzi hissəsi də daxil olmaqla, rayonun Qızılavar, Qəyəgöl, Ərkivan, Qəriblər və Musaküçə, Biləsuvar rayonunun Ovçubərə, Ağalıkənd, Amankənd, Əsgərabad, Asağı Cürəli, Yuxarı Cürəli və Təzəkənd kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Xatırladaq ki, aparılan işlərin Bakı şəhəri Sabunçu rayonu Nardaran və Maştağa qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.