İŞİD 112 ölkədən əsgər toplayır – Azərbaycan da daxil

3 Sentyabr 2015 21:40 (UTC+04:00)

AzNews.az Publika.az-a istinadən xəbər verir ki, dünyanın 112 ölkəsindən Türkiyə vasitəsilə İŞİD-ə qoşulanların sayı 19 min 626 nəfərdir. Türkiyənin həbs edərək deportasiya etdiyi İŞİD-çilərin sayı isə 2 min 122-dir.

Ekspertlər dünyanın 112 ölkəsindən İŞİD-in əsgər toplamasını dəhşətli statistika adlandırıb. Bu terror təşkilatının gücünü nümayiş etdirir. Qeyd edək ki, 112 ölkə arasında Azərbaycanın da adı var.