Günəş rəngini dəyişib

22 Oktyabr 2012 04:48 (UTC+04:00)
NASA-nın "Günəş dinamiklərini müşahidə" adlı sputniki Günəşdə meydana gələn partlamalarla bağlı yeni məlumat yayıb. Yayılan görüntülərdə Günəş bənövşəyi rəngdədir ki, bunun da səbəbi kimi partlamaların təsiri göstərilir.

Elm xadimləri Günəşdəki partlamaların daha yaxşı müşahidə edilməsi üçün yeni sistemin tətbiq edildiyini vurğulayıblar. 2010-cu ildə kosmosa göndərilən sputnik 5 il ərzində Günəşdə müşahidələr aparacaq.

Elnarə Əlosmanqızı
AzNews.az