Habil Əliyevdən son xəbər - Komadan ayılmır

4 Sentyabr 2015 10:27 (UTC+04:00)

Bu barədə AzNews.az-a sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva məlumat verib. Bildirib ki, H.Əliyev hələ də koma vəziyyətindədir: "Heç bir irəliləyiş yoxdur. Bu gecə səhərə kimi bütün ailə üzvlərimiz başının üstündə dayanıb. Həkimlər də əllərindən gələni edib. Amma heç bir reaksiya verməyib. Oturub gözləyirik".

Qeyd edək ki, H.Əliyev ürək-tənəffüs xəstəliyindən əziyyət çəkir.

Bahar RÜSTƏMLİ
AzNews.az