“Çempionlar Liqasını qazana bilərik, ancaq...”

22 Oktyabr 2012 04:59 (UTC+04:00)
"Manchester United"in şotlandiyalı məşqçisi Ser Aleks Ferikson bildirib ki, müfafiəçiləri zədələnməsələr, Çempionlar Liqasını qazana biləcəklər.

"Daily Mirror"a açıqlama verən təcrübəli məşqçinin sğzlərinə görə, Çempionlar Liqasını daha çox qazana bilməmələri onları üzür: "Xüsusilə də məğlub olduğumuz finalları yada salanda çox pis oluram. Bu il final "Uembley" stadionunda keçiriləcək.

Hədəfimiz də orada olmaqdır. Bu bizi daha da ürəkləndirir. Əgər müdafiəçilərimiz zədələrini sağaldarsa, kubokuda qaldıra bilərik".

Elman Bakuvi
AzNews.az