“BakıKART“ metro işçilərini ixtisara salır?

4 Sentyabr 2015 11:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu movqe.az-a metropolitendə xəzinadarlıq vəzifəsində çalışan işçi deyib.

Onun sözlərinə görə, ixtisarla bağlı hələlik rəsmi qərar verilməyib: "Ancaq bizim işləməyimiz üçün də səbəb yoxdur. Çünki, artıq 30 sentyabr "METRO KART"-na gedişhaqqı yüklənməsi prosesi başa çatdıqdan sonra kassalara qəpik verilmir. Bütün proseslər "BakıKART"-la aparılır. "BakıKART" isə bəzən kassaları qəpik təmin etmir. Qəpklər verilsə də, çox az məbləğdə olur. Elə səhər saatlarında bitir.Əvvlər isə terminallara yığılan pullar bizə qalırdı".

Apardığımız araşdırmalar da deyilənlərin düz olduğunu göstərdi. Belə ki, metorpolitenin əksər stansiyalarında kassalarda qəpiyin tapılmadığının şahidi olduq.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə deyilənlərin həqiqəti əks etdirmədiyini bildirdi. Onun sözlərinə görə, hər gün metropolitenin bütün stansiyaları xırda pulla təmin edilir. Xəzinadarların ixtisar edilməsini də şayə adlandırdı.