General Rasim Musayev dəfn olundu

4 Sentyabr 2015 14:01 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, mərhum bu gün Mehdiabad qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində daxili işlər naziri, general-polkovnik Ramil Usubov, daxili işlər nazirinin müavinləri, idarə, şöbə və bölmə rəisləri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev ötən gün ürək tutmasından dünyasını dəyişib.

***
12:04

Dünən ürəktutmasından dünyasını dəyişən general Rasim Musayev bu gün dəfn olunur.

AzNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, general "Mehdiabad" qəbirstanlığında torpağa taşırılır. R.Musayevin dəfnində Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları, o cümlədən nazir Ramil Usubov da iştirak edir.

Qeyd edək ki, Rasim Musayev 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı iləona polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Öz xahişi ilə 2013-cü il yanvarın 21-də Daxili İşlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.