TQDK-nın binası söküldü - FOTOLAR

4 Sentyabr 2015 13:39 (UTC+04:00)
AzNews.az xəbər verir ki, söküntü işləri aparılan yerdə yeni bina tikiləcək. Həmin bina tikildikdən sonraTQDK-nın istifadəsinə veriləcək.

Qeyd edək ki, TQDK-nın səlahiyyətlərinin artırılması və yeni şöbələrin yaradılması Komissiyada yerləşmə işlərində çətinlik yaradır. Yeni bina tikilənə qədər isə TQDK Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 1 ünvanında fəaliyyət göstərəcək.

Komissiyanın şöbələrinin bir hissəsi isə Bakı Asiya Universitetində fəaliyyət göstərəcək.

AzNews.az sökülmüş binanın fotolarını təqdim edir: