Ağdaşda 2 qadın özünü binadan atdı - Zəlzələyə görə

4 Sentyabr 2015 14:15 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, iki nəfər özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb, bir nəfər isə qaçarkən pilləkəndən yıxılaraq xəsarət alıb.

Ağdaş Mərkəzi rayon Xəstəxanasının qəbul şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Ağdaş şəhərinin Müşfiq İsayev küçəsindəki 45 saylı evdə yaşayan, 1986-cı il təvəllüdlü İsmayılova Vəfa Fazil qızı və Ərəbocağı kənd sakini, 1953-cü il təvəllüdlü Hüseynova Səkinə Əmirqulu qızı zəlzələ zamanı qorxu və həyəcandan özünü yaşadığı evin ikinci mərtəbəsindən ataraq ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər və vəziyyətləri orta-ağır qiymətləndirilir.