“İsa Qəmbərə rəqib olmaq istəyirəm” – Partiya sədri

4 Sentyabr 2015 15:20 (UTC+04:00)
Bunu AzNews.az-a açıqlamasında partiya sədrinin özü deyib. Bildirib ki, hələlik Yeni Azərbaycan Partiyasının (YAP) siyahısının açıqlanmağını gözləyir: "Seçkilərdə mütləq iştirak edəcəyəm. Hələlik YAP-ın siyahısını gözləyirəm. Açığı istəmirəm YAP-ın güclü namizədləriylə rəqib olum. İndilik ağlımda iki dairə var: namizədliyimi ya 15 saylı Yasamal Birinci Seçki Dairəsindən, ya da anadan olduğum 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən verəcəyəm. Çox güman ki, 15 saylını seçəcəyəm. Çünki İsa Qəmbərlə rəqib olmaq istəyirəm".



Məlumat üçün bildirək ki, Müsavat Partiyasının lideri İsa Qəmbər 15 saylı Yasamal Birinci Seçki Dairəsindən namizədliyini irəli sürüb.


Sevinc Yasinqızı
AzNews.az