Azərbaycan ordusunun əsgəri vəfat etdi

4 Sentyabr 2015 15:27 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər S.Orucov sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb.

Yaralı əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.