Mikayıl Cabbarov yeni rektoru təqdim etdi

4 Sentyabr 2015 16:09 (UTC+04:00)
Təhsil Nazirliyindən AzNews.az–a verilən məlumata görə, nazir Mustafa Babanlının ADNSU-nun rektoru təyin olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb və yeni rektora gələcək fəaliyyətində uğurlar arzulayıb.



Nazir qeyd edib ki, ADNSU-nun Azərbaycan ali təhsil sistemində özünəməxsus yeri var. Təhsil naziri bu tədris ocağının yetirməsi olan mütəxəssislərin nəinki respublikamızın, eləcə də dünyanın bir sıra ölkələrinin iqtisadiyyatına layiqli töhfələr verdiyini və Azərbaycan təhsilinin yetirmələri kimi yüksək uğurları ilə tanındıqlarını bildirib.

ADNSU-nun rektoru Mustafa Babanlı ona göstərilən etimada görə ölkə prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. O, ali məktəbin kollektivi ilə bərabər ADNSU-nun yeni hədəflərinin gerçəkləşdirilməsi üçün bütün mövcud imkanları səfərbər edəcəklərini bildirib.

Qeyd edək ki, sentyabrın 3-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb. Ölkə Prezidentinin digər sərəncamı ilə Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsinə təyin olunub.

Sevinc Yasinqızı
AzNews.az