ABŞ vətəndaşlarına çağırış etdi: “Türkiyəni tərk edin”

4 Sentyabr 2015 18:19 (UTC+04:00)

AzNews.az-ın apa-ya istinadən xəbərinə görə, bu barədə "France Presse" ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Piter Kuka istinadən məlumat yayıb. ABŞ onlara xərcləri ilə bağlı kompensasiya ödəyəcəyini də bildirib.

Pentaqon Adana şəhəri yaxınlığındakı "İncirlik" hərbi bazasında və ABŞ-ın Adanadakı Baş Konsulluğunda 900 nəfər Amerika vətəndaşının yaşadığını bildirib. Onlara İŞİD-lə mübarizənin güclənməsi fonunda könüllü şəkildə Türkiyəni tərk etmələri təklif olunur. Piter Kuk təklifin hər hansı yeni insidentlə bağlı olmadığını söyləyib: "Adanadakı konsulluq adi rejimdə fəaliyyət göstərməkdə davam edəcək. Bu addım əlavə təhlükəsizlik tədbirləri üçün təklif edilir. Aydındır ki, bizim əməliyyatlardan sonra "İncirlik" bazasında çox şey dəyişib".

AzNews.az