“Türkiyə və Azərbaycan regionun lider ölkələridir“- Kənan Yavuz

4 Sentyabr 2015 19:37 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu "SOCAR Turkey Enerji" şirkətinin rəhbəri, "Petkim" neft-kimya holdinqinin İdarə Heyətinin üzvü Kənan Yavuz deyib.

Onun sözlərinə görə, iki ölkənin enerji layihələrinin reallaşdırılması regionda sülh və sabitliyin möhkəmlənməsinə istiqamətlənib.

Türkiyədəki son hadisələrə toxunan K.Yavuz qeyd edib ki, həmin hadisələr ölkənin regionun enerji qovşağına çevrilməsinə mane olmaq məqsədi daşıyır.