Goranboyda ağır qəza - Sürücü yaralandı

4 Sentyabr 2015 20:25 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Dəlməmmədli şəhəri ərazisində qeydə alınıb. Rayon sakini, 1976-cı il təvəllüdlü Tapdıq Ələkbərov idarə etdiyi "LADA Priora" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında dəmir lövhəyə çırpılıb. Qəza zamanı sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.